Bank Of Baku

Türkiyə milli komandasının baş məşqçisi vəzifəsinə Quus Hiddinkin gətirildiyi rəsmən açıqlanıb

Türkiyə milli komandasının baş məşqçisi vəzifəsinə Quus Hiddinkin gətirildiyi rəsmən açıqlanıb
# 17 fevral 2010 11:20 (UTC +04:00)
Bakı – APA. Türkiyə Futbol Federasiyası (TFF) milli komandanın baş məşqçisi vəzifəsinə məşhur hollandiyalı mütəxəssis Quus Hiddinkin gətirildiyini rəsmən açıqlayıb. APA-nın TFF-nin saytına istinadən verdiyi məlumata görə, rəsmi açıqlamada deyilir ki, fevralın 16-da TFF prezidenti Mahmud Özgənər və onun müavini Lütfü Arıboğan Amsterdam şəhərində Q. Hiddinklə görüşüblər. Görüşdə tərəflər arasında 2+2 formulu üzrə (ilk 2 ildən sonra tərəflərin istəyi ilə daha 2 il uzadıla bilər) 4 illik anlaşma əldə edilib. Q. Hiddinkin köməkçisi milli komandanın bundan əvvəlki baş məşqçisi Fateh Terimin də köməkçisi olmuş Oğuz Çətin, qapıçı məşqçisi isə Engin İpəkoğlu olacaq. Q. Hiddink Hollandiyadan da köməkçi gətirəcək. Onun adı hələlik bəlli deyil.


Qeyd edək ki, Q. Hiddink daha əvvəl də Türkiyədə çalışıb. O, 1990-91-ci ildə “Fənərbağça”nın baş məşqçisi olub. Hollandiyalı futbol adamı karyerası boyunca “De Qrafshap”, PSV, “Vaşinqton Diplomats”, “San Xose Ertkveyks”, HEK, “Fənərbağça”, “Valensiya”, “Real” (Madrid), “Real” (Betis), “Çelsi” klub komandalarını, eləcə də Hollandiya, Avstraliya, Cənub Koreya və son olaraq Rusiya milli komandalarını çalışdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR