Bank Of Baku

Berti Foqts: “Arzuladığımız təqvimə nail olduq”

Berti Foqts: “Arzuladığımız təqvimə nail olduq”
# 22 fevral 2010 11:30 (UTC +04:00)
Bakı – APA. “Müzakirələrin nəticəsindən çox razıyıq. Təqvim arzuladığımız kimi tərtib olundu”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Bu gün Almaniyanın Frankfurt şəhərində Avro-2012-nin seçmə mərhələsinin təqviminin müəyyənləşməsi ilə bağlı müzakirələrdə iştirak edən 64 yaşlı alman mütəxəssis fikirlərini bildirib: “Qızğın müzakirələrin getməsinə baxmayaraq – sözsüz ki, hər bir komandanın nümayəndəsi öz maraqlarını müdafiə edirdi – balanslı və ədalətli təqvim alındı. Artıq bütün diqqətimizi millinin hazırlığına, yoldaşlıq oyunlarının keçirilməsinə yönəldəcəyik. Yaxşı nəticə əldə etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

Qeyd edək ki, yığmamız Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstanla eyni qrupda yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR