Bank Of Baku

AFFA Bülənt Korkmazı və “Xəzər-Lənkəran” klubunu cəzalandırıb

AFFA Bülənt Korkmazı və “Xəzər-Lənkəran” klubunu cəzalandırıb
# 23 fevral 2010 12:12 (UTC +04:00)
Bakı – APA. AFFA və “Xəzər-Lənkəran” arasında münasibətlər daha da gərginləşib. Apasport.az saytının məlumatına görə, assosiasiya bu gün Lənkəran komandasını ciddi cəzaya məruz qoyub. AFFA İntizam Komitəsi bu gün keçirilən iclasda “Xəzər-Lənkəran”ı Unibank Premyer Liqasının son turunda “Karvan”la görüşdə Peşəkar Futbol Liqasının (PFL) təqdim etdiyi reklam bannerini (“Unibank”ın banneri) matçın keçirildiyi stadionda yerləşdirmədiyindən, 2000 manat cərimələyib.

“Xəzər-Lənkəran” PFL-nin baş sponsoru olan “Unibank”ın reklam bannerini XX turda “Qarabağ”la ev oyununda da yerləşdirməmişdi. Bu səbəbdən İntizam Komitəsinin ötən iclasında “Xəzər-Lənkəran”a xəbərdarlıq edilmiş və növbəti ev görüşlərində bu halın təkrarlanacağı halda, kluba qarşı daha sərt sanksiyalar tətbiq olunacağı bildirilmişdi. Qurum bugünkü qərarını 35 nömrəli protokoluna əsasən çıxarıb.

Bundan başqa, “Bakı” klubunun baş məşqçisi Bülənt Korkmaz cəzalandırılıb. Buna səbəb onun Unibank Premyer Liqasının XXII turunda “Muğan”la ev oyununun 77-ci dəqiqəsində texniki zona qaydalarını pozmasıdır. Türkiyəli çalışdırıcı bir oyunluq diskvalifikasiya edilməklə yanaşı, onun klubu isə 2000 manat cərimə olunub.

“Bakı” ilə “Muğan”ın əvəzedici komandalarının matçında da məşqçilər cəzalandırılıblar. Görüşün 83-cü dəqiqəsində görüşün gedişinə müdaxilə etdiyinə görə texniki zonadan kənarlaşdırılan bakılıların məşqçisi İbrahim Uzunca 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimələnib. Qarşılaşma başa çatdıqdan sonra isə “Muğan”ın baş məşqçisi Elşad Quliyev hakimlər briqadasını təhqir etdiyindən, 4 oyunluq diskvalifikasiyaya məruz qalıb. Üstəlik, “Muğan” rəhbərliyi 2000 manat cərimə ödəməlidir.
“Karvan”, “Qəbələ” və “Bakı”nın futbolçuları 4 və bundan artıq sarı vərəqə aldığı üçün hərəyə 1000 manat cərimə ödəməli olacaq. Son turda “Olimpik-Şüvəlan” – “Qarabağ” qarşılaşmasının keçirilməli olduğu meydançada “İnter” məşq etdiyi üçün meydança komandaların ixtiyarına görüşün başlamasına 1 saat qalmış verilib. Bu səbəbdən də “Şəfa” stadionunun rəhbərliyinə matçın başlanmasına ən azı 2 saat qalmış meydançanı qarşılaşmanın keçirilməsi üçün təmin edilməsi ilə bağlı xəbərdarlıq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR