Bank Of Baku

Tuqay Kərimoğlu “Qalatasaray”a qayıdır

Tuqay Kərimoğlu “Qalatasaray”a qayıdır
# 27 fevral 2010 11:02 (UTC +04:00)
Bakı – APA. “Qalatasaray” futbol komandasının keçmiş kapitanı, 8 il İngiltərə premyer-liqasının “Blekbörn Rovers” komandasında oynadıqdan sonra ötən mövsümün sonunda karyerasını tamamlayan Tuqay Kərimoğlu öz doğma klubuna qayıdır. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, klubun prezidenti Adnan Polat Tuqay Kərimoğlunun “Qalatasaray”ın futbolçu hazırlıq mərkəzinin, bütün yeniyetmə və uşaq komandalarının (alt yapı) ümumi rəhbəri təyin olunduğunu açıqlayıb. A. Polat yeni təyinatla bağlı martın 3-də medianın iştirakı ilə xüsusi mərasim təşkil edəcəklərini deyib.

T. Kərimoğlu 1970-ci il təvəllüdlüdür. 1987-1999-ci illərdə “Qalatasaray”ın heyətində çıxış edib. Orta xətdə oynayan Tuqay “Qalatasaray”da 282 matçda 34 qol vurub. 2000-2001-ci ildə Şotlandiyanın “Qlazqo Reyncers” komandasında çıxış edib və 58 matçda 4 qol vurub. 2001-2009-cu illərdə İngiltərinin “Blekbörn Rovers” komandasının formasını geyən Tuqay 260 oyun keçirib və 19 qol vurub. Türkiyə milli komandasının heyətində 94 dəfə oynayıb və 2 qol vurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR