Bank Of Baku

Azərbaycan milli komandası FİFA reytinqində 5 pillə irəliləyib

Azərbaycan milli komandası FİFA reytinqində 5 pillə irəliləyib
# 03 mart 2010 11:11 (UTC +04:00)
Bakı – APA. FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması ötən ayla müqayisədə 5 irəliləyib.

Berti Foqtsun baş məşqçisi olduğu komanda 251 xalla 109-cu pillədə yer alıb. Yığmamız UEFA-nın reytinqdə 45-ci pillədə qərarlaşıb. Bu gün yoldaşlıq görüşündə rəqibimiz olan Lüksemburq (126 xal) FİFA-nın reytinqində daha iki pillə geriləyib – 126-cı yer.

Qeyd edək ki, reytinq siyahısında ilk “üçlük” də yenə dəyişiklik olmayıb – İspaniya (1642), Braziliya (1594) və Hollandiya (1324). Bir pillə irəliləyən Türkiyə yığması (739 xal) 41-ci yerə yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR