Bank Of Baku

Azərbaycan yığması DÇ-2010-nun iştirakçısı ilə yoldaşlıq görüşü keçirəcək

Azərbaycan yığması DÇ-2010-nun iştirakçısı ilə yoldaşlıq görüşü keçirəcək
# 04 mart 2010 13:35 (UTC +04:00)
Bakı – APA. Azərbaycan milli komandası bu il Honduras yığması ilə yoldaşlıq oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, AFFA rəhbərliyinin apardığı danışıqlar nəticəsində iyunun əvvəllərində, Avropa ölkələrinin birində millimizin şimali amerikalılarla yoldaşlıq oyunu keçirməsi barədə razılıq əldə olunub.

Qeyd edək ki, Honduras millisi bu il Cənubi Afrika Respublikasında keçiriləcək dünya çempionatına vəsiqə qazanıb və H qrupunda İspaniya, Çili və İsveçrə komandaları ilə mübarizə aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR