Bank Of Baku

«Arsenal» və «Bayern» ¼ finala çıxdılar

«Arsenal» və «Bayern» ¼ finala çıxdılar
# 09 mart 2010 23:21 (UTC +04:00)
Bakı-APA. UEFA Çempionalar Liqasının 1/8 final mərhələsində ilk cavab görüşləri keçirilib. APA-nın məlumatına görə, İngiltərədə «Portu»nu qəbul edən «Arsenal» qonaqlara göz açmağa imkan verməyib – 5:0. Qeyd edək ki, ilk görüşdə Portuqaliyada 1:2 hesabı ilə məğlub olmuş ingilislərə bu oyunda 1:0 hesabı ilə qalib gəlmək kifayət edirdi.

İkinci görüşdə İtaliyada yerli «Fiorentina» ilə Münhenin «Bayern» klubu qarşılaşıblar. Bu görüşdə də birinci oyunda 1:2 hesabı ilə məğlub olmuş meydan sahiblərinə 1:0 hesabı ilə qalib gəlmək kifayət edirdi. Lakin onların qələbəsi «Arsenal»ın uğuru kimi parlaq olmayıb – 3:2. Nəticədə növbəti mərhələyə vəsiqəni rəqib meydançasında vurduğu topların hesabına «Bayern» qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR