Bank Of Baku

Azərbaycan yığması “Yuventus” klubu ilə qarşılaşacaq

Azərbaycan yığması “Yuventus” klubu ilə qarşılaşacaq
# 11 mart 2010 14:16 (UTC +04:00)
Bakı – APA. 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması martın 31-dən aprelin 10-dək İtaliyanın Olbia şəhərində təlim-məşq toplanışında olacaq. Apasport.az saytının məlumatına görə, milli komandamız hazırlıq prosesi çərçivəsində beynəlxalq turnirdə iştirak edəcək. Aprelin 2-dən 4-dək keçirilən turnirdə yığmamız “Olimpik” (Marsel) və “Yuventus” klublarının müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq.

Qeyd edək ki, Almaniyadakı toplanış komandamızın Avropa çempionatının seçmə mərhələsinin aprelin 14-19-da keçiriləcək elit raunduna hazırlıq xarakteri daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR