Bank Of Baku

Azərbaycan milli komandası Avstriyada daha bir yoldaşlıq görüşü keçirəcək

Azərbaycan milli komandası Avstriyada daha bir yoldaşlıq görüşü keçirəcək
# 12 mart 2010 07:32 (UTC +04:00)
Bakı – APA. Azərbaycan milli komandasının yoldaşlıq görüşü üçün növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələri mayın 26-da Moldova yığması ilə qarşılaşacaq.

Həmin matçın Avstriyada baş tutması qərara alınıb. Mayın sonları iyunun əvvəlində bu ölkədə təlim-məşq toplanışında olacaq yığmamızın iyunun 2-də Hondurasla oynayacağı isə əvvəldən razılaşdırılmışdı.

Qeyd edək ki, ölkəmizdə Moldova yığmasının bir sıra oyunçuları çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR