Bank Of Baku

“Olimpik-Şüvəlan” və “Standard” futbolçuları arasında dava düşüb

“Olimpik-Şüvəlan” və “Standard” futbolçuları arasında dava düşüb
# 12 mart 2010 15:36 (UTC +04:00)
Bakı – APA. Bu gün Unibank Premyer Liqasının XXIII turu çərçivəsində keçirilmiş “Olimpik-Şüvəlan” – “Standard” matçından sonra xoşagəlməz hadisələr yaşanıb. Apasport.az saytının məlumatına görə, “Şəfa” stadionunda baş tutan görüşün final fitinin ardından hər iki komandanın futbolçuları əlbəyaxa döyüşə başlayıblar.

Davanın başlanmasına “Olimpik-Şüvəlan”ın oyunun idarəçiliyindən narazılığı səbəb olub. Hətta paytaxt təmsilçisinin seleksiyaçı-məşqçisi Səmədağa Şıxlarovun baş hakim Rauf Cabbarovu döydüyü də bildirilir.

Qeyd edək ki, “Olimpik-Şüvəlan” öz meydanında 1:2 hesablı məğlubiyyətlə üzləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR