Bank Of Baku

Türkiyənin “Diyarbakırspor” klubu ilə daha bir qarşılaşmada insident yaranıb

Türkiyənin “Diyarbakırspor” klubu ilə daha bir qarşılaşmada insident yaranıb
# 14 mart 2010 23:47 (UTC +04:00)
Bakı-APA. Martın 14-də Türkiyədə Türkcell Premyer Liqasında İstanbul Böyükşəhər Bələdiyyəsporla (İBB) “Diyarbakırspor”un qarşılaşması yarımçıq saxlanılıb. APA-nın xəbərinə görə, oyunun 87-ci dəqiqəsində İBB-nin “Diyarbakırspor”un qapısından keçirdiyi qoldan sonra ikincinin azarkeşləri meydançaya hücum ediblər.

Meydançadan təhlükəsizlik xidməti tərəfindən çıxarılan azarkeşlər “hakim çıxarsa, təkrar meydançaya enərik” deyə, qışqırmağa başlayıblar.
“Diyarbakırspor”un mətbuat katibi Suat Önenin azarkeşləri sakitləşməyə çağırması da işə yaramayıb.

Buna görə də oyun yarımçıq saxlanılıb.

Qarşılaşmanı idarə edən hakimlər meydançadan polis müşayiəti ilə uzaqlaşıblar.

Oyunun taleyi ilə bağlı son qərarı Türkiyə Futbol Federasiyası verəcək.

Qeyd edək ki, bundan bir həftə əvvəl də Diyarbakırspor-Bursa qarşılaşması yarımçıq saxlanılmalı olub. Diyarbakırda keçirilən qarşılaşmada azarkeşlərin meydançaya hücum etməsi və “Bursaspor”un futbolçularını daşlaması üzündən görüş yarımçıq saxlanılmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR