Bank Of Baku

Azərbaycan milli komandası Makedoniya ilə yoldaşlıq görüşü keçirəcək

Azərbaycan milli komandası Makedoniya ilə yoldaşlıq görüşü keçirəcək
# 15 mart 2010 08:29 (UTC +04:00)
Bakı – APA. Azərbaycan milli komandasının yoldaşlıq görüşündə növbəti rəqibi müəyyənləşib. AFFA-nın İnformasiya və ictimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Berti Foqtsun baş məşqçisi olduğu yığmamız mayın 29-da Makedoniya millisi ilə qüvvəsini sınayacaq. Həmin oyunun Avstriyada keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, milli komandamız Avstriyada təlim-məşq toplanışı çərçivəsində mayın 26-da Moldova, iyunun 2-də isə Honduras yığması ilə görüşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR