Bank Of Baku

İngiltərənin “Everton” klubu Araz Abdullayevin transferi üçün “Neftçi”yə rəsmi müraciət göndərib

İngiltərənin “Everton” klubu Araz Abdullayevin transferi üçün “Neftçi”yə rəsmi müraciət göndərib
# 16 mart 2010 12:29 (UTC +04:00)
Bakı – APA. İngiltərə Premyer Liqasında mübarizə aparan “Everton” Araz Abdullayevin transferi ilə bağlı Bakının “Neftçi” klubuna rəsmi müraciət edib. Bu haqda apasport.az saytına “Neftçi” komandasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu məlumat verib. Onun sözlərinə görə, Liverpul təmsilçisinin beynəlxalq əlaqələr və futbol əməliyyatları katibliyinin rəhbəri Devid Harrisonun adından prezident Sadıq Sadıqova məktub gəlib.

“Everton” milli komandamızın 18 yaşlı futbolçusunun xidmətində maraqlı olduğunu rəsmən təsdiqləyib: “Everton” bizə rəsmi müraciətində Arazı gələcək karyerasında onun heyətində davam etdirməkdə maraqlı olduğunu bildirib. İngilislər xahiş edir ki, bununla bağlı onlara yaxın vaxtda cavab verək”.

Qeyd edək ki, Rusiyanın ikiqat çempionu “Rubin” də Arazla müqavilə bağlamaq istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR