Bank Of Baku

“Qalatasaray” Arda Turanı “Arsenal”a satmaqdan imtina edib

“Qalatasaray” Arda Turanı “Arsenal”a satmaqdan imtina edib
# 19 mart 2010 08:28 (UTC +04:00)
Bakı – APA-Sport. Londonun “Arsenal” klubunun istedadlı türkiyəli futbolçu Arda Turanı transfer etmək istəyi baş tutmayıb.

Apasport.az saytının məlumatına görə, “Qalatasaray” 23 yaşlı kapitanının satışı ilə bağlı ingilislərin təklifini rədd edib.

Arda bir müddət öncə İngiltərə Premyer Liqasında, konkret “Liverpul” klubunda çıxış etmək istədiyini bildirib. Milli komandasının heyətində bürünc medal qazandığı Avro-2008-də uğurlu çıxışdan sonra daha çox diqqət mərkəzində olan Turanı Avropanın bir sıra aparıcı klubları öz heyətində görməyi arzulayır. “Qalatasaray” hücuma meylli yarımmüdafiəçisinin satışından 9 milyon funt sterlinq qazanmaq istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR