Bank Of Baku

AFFA Kamerun yığması ilə yoldaşlıq görüşü keçirmək üçün danışıqlara başladı

AFFA Kamerun yığması ilə yoldaşlıq görüşü keçirmək üçün danışıqlara başladı
# 19 mart 2010 11:48 (UTC +04:00)
Bakı – APA. Azərbaycan və Moldova futbol yığmaları arasında bu il mayın 26-da Avstriyanın İnsburk şəhərində keçirilməsi nəzərdə tutulan yoldaşlıq görüşü ləğv olunub. Apasport.az saytının məlumatına görə, buna səbəb moldovalıların planlarının dəyişməsidir. Onlar öncə Avstriyada təlim-məşq toplanışı keçmək istəsələr də, sonradan fikirlərindən daşınıblar.

Buna baxmayaraq, Berti Foqtsun yetirmələri mayın 26-da iş başında ola bilərlər. Hazırda AFFA rəhbərliyi yayda dünya çempionatının iştirakçısı olacaq Kamerun yığması ilə danışıqlar aparır.

Qeyd edək ki, milli komandamız Avstriyada mayın 29-da Makedoniya, iyunun 2-də isə Hondurasla yoldaşlıq görüşünə çıxacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR