Bank Of Baku

Avropa Liqasının 1/4 və yarımfinal mərhələlərinin püşkü atılıb

Avropa Liqasının 1/4 və yarımfinal mərhələlərinin püşkü atılıb
# 19 mart 2010 14:39 (UTC +04:00)
Bakı – APA. Bu gün Avropa Liqasının 1/4 və yarımfinal mərhələlərinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında atılan püşk də “kor” olub. Yəni, klubların reytinqləri nəzərə alınmayıb və bir ölkənin 2 klubunun qarşılaşmasına icazə verilib.

1/4 final

1. “Fulhem” (İngiltərə) - “Volfsburq” (Almaniya)
2. “Hamburq” (Almaniya) - “Standard” (Belçika)
3. “Valensiya” (İspaniya) - “Atletiko (İspaniya)
4. “Benfika” (Portuqaliya) - “Liverpul” (İngiltərə)

İlk oyunlar aprelin 1-də, cavab görüşləri isə 8-də keçiriləcək.

Yarımfinal
2-ci cütün qalibi - 1-ci cütün qalibi
3-cü cütün qalibi - 4-cü cütün qalibi

İlk oyunlar aprelin 22-də, cavab görüşləri isə 29-da keçiriləcək.

Final mayın 12-də Almaniyanın Hamburq şəhərində baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR