Bank Of Baku

“Qalatasaray”ın keçmiş kapitanı: “Özhan Canaydın “əvvəlcə “Qalatasaray”, sonra ailəm” deyərdi” - EKSKLÜZIV

“Qalatasaray”ın keçmiş kapitanı: “Özhan Canaydın “əvvəlcə “Qalatasaray”, sonra ailəm” deyərdi” - <font color=red> EKSKLÜZIV</font>
# 24 mart 2010 15:03 (UTC +04:00)
Həmişə insana dəyər verən, səhvləri üzə deyən bir xarakterə sahib idi. Türk futbolunda yaşanan gərginliyə həmişə pozitiv yöndən yanaşaraq gərginliyi bitirməyə çalışırdı. “Qalatasaray”da Fateh Terimin ikinci dəfə baş məşqçi postuna qayıtdığı dövrdə bir uğursuzluq vardı. Tribunalarda Canaydının əleyhinə plakatlar açılırdı, ona yaraşmayan sözlər deyilirdi. O vaxt mən ona dedim ki, hörmətli başqan, bunların qabağına keçmək üçün sərt olmaq lazımdır, sizin stilinizlə bunu əngəlləmək üçün müəyyən mesajlar verin. Mənə eynilə bunlar dedi: “Gökmən, mən qətiyyən bunu etmərəm. Həmişə “fair play” tərzinin tərəfdarı olacağam. Əvvəl-axır hər kəs mənim kim düşünəcək və o vaxt türk futbolunda sülh yaranacaq”. Azarkeşlərin reaksiyalarına baxmayaraq, Özhan Canaydın heç vaxt “fair-play”dən geri addım atmadı”. Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında “Qalatasaray” futbol komandasının keçmiş kapitanı, futbol şərhçisi Gökmən Özdənak deyib. G. Özdənak martın 22-də vəfat edən “Qalatasaray” klubunun keçmiş prezidenti Özhan Canaydının türk futboluna çox böyük xidmətlər göstərdiyini və 2,5 il əvvəl səhhəti pisləşdikdən sonra klub prezidentliyindən ayrılmaq məcburiyyətində qaldığını söyləyib: “Onunla çox söhbətimiz olub. İnsanlara kömək etməkdən zövq alardı. Nur içində yatsın. Ailəsinə səbir diləyirəm. Türkiyə çox dəyərli bir insanını itirdi. Özhan Canaydın barədə danışmaq üçün kəlmələr kifayət etmir. Onu yaxından tanımağınız lazım idi”.

“Mərhum Canaydın “Qalatasaray”ın borclarının ödənməsinə və yeni layihələrə çox vaxt ayırırdı. Sizcə, indiki və gələcək idarəçilər bu layihələri həyata keçirə biləcəklərmi?” sualına G. Özdənak belə cavab verib: “Canaydın çox sıxıntılı bir vaxtda başqan seçildi. “Əvvəlcə “Qalatasaray”, sonra ailəm” deyərdi. O dövrdə banklar “Qalatasaray”ı borclarına görə çox sıxışdırırdı. Özhan Canaydın “Qalatasaray”ın banklardan kredit ala bilməsi 60 milyon dollara şəxsən özü zamin durdu. O, klubu fəlakətdən xilas etmişdi. Yeni stadionun inşaatı məsələsi ilə də yaxından tanışam. Çoxlu sayda əngəllə qarşılaşan bu layihə onun səhhətini pozan əsas faktorlardan biri idi. Adnan Polata çox güvənirdi, ona görə də 2006-cı ildəki seçkidə A. Polatı klubun İdarə Heyətinə daxil etdi. Səhhətinə görə başqanlıqdan ayrılmağa qərar verdikdən sonra Adnan Polatı onun layihələrini həyata keçirə biləcək yeganə adam kimi gördü və Polatın seçilməsinə dəstək verdi. Mən şənbə günü keçiriləcək qurultayda Adnan Polatın vəzifədə qalmasının tərəfdarıyam. Özhan Canaydın da bunu istəyirdi, çünki “Qalatasaray”ın iqtisadi cəhətdən güclənməsi naminə Adnan Polatın öz işinə davam etməsi lazımdır. Özhan Canaydın xəstə yatağında da Adnan Polatla layihələr barədə məsləhət aparırdı. Allah rəhmət eləsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR