Bank Of Baku

Mini-futbol üzrə 2012-ci il Avropa Çempionatı Xorvatiyada keçiriləcək

Mini-futbol üzrə 2012-ci il Avropa Çempionatı Xorvatiyada keçiriləcək
# 24 mart 2010 21:22 (UTC +04:00)
Bakı-APA. Mini-futbol üzrə 2012-ci il Avropa Çempionatı Xorvatiyada keçiriləcək. APA-nın vesti.ru saytına istinadən verdiyi xəbərə görə, bu barədə çərşənbə günü Avropa Futbol Federasiyaları İttifaqı (UEFA) İcraiyyə Komitəsinin Tel-Əvivdə keçirilmiş iclasında qəbul olunub.

Qeyd edək ki, turnirin keçirilməsi üçün Belçika və Makedoniya da iddialı olub.

Çempionatın seçmə mərhələsi 2011-ci ilin yazında başlanacaq. Final mərhələsinin isə 2012-ci ilin fevralında keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, bundan əvvəl mini-futbol üzrə çempionatların final mərhələsinə Macarıstan (2010), Portuqaliya (2007), Çexiya (2005), İtaliya (2003), Rusiya (2001) və İspaniya (1999) ev sahibliyi edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR