Bank Of Baku

“Qalatasaray”ın keçmiş prezidenti: “Ən güclü vaxtımızda “Fənərbaxça”ya məğlub olmuşuq, ən zəif vaxtımızda isə qalib gəlmişik”

“Qalatasaray”ın keçmiş prezidenti: “Ən güclü vaxtımızda “Fənərbaxça”ya məğlub olmuşuq, ən zəif vaxtımızda isə qalib gəlmişik”
# 27 mart 2010 13:36 (UTC +04:00)
Türkiyə. Mais Əlizadə - APA. İstanbulun “Galatasaray” klubunun keçmiş prezidenti Ali Tanrıyar APA-nın yerli bürosuna açıqlama verib.

1932-ci ildən Qalatasaray klubunda çalışan və İdarə Heyətində təmsil olunan A.tanrıyar 1986-90-cı illərdə klubun prezidenti olub. Onun prezidentliyi dövründə komanda 7-ci pillədən çempionluğa qədər yüksəlib: “Biz “Qalatasaray”ı 13 idman növündə çempion etdik. Dünya klubları arasında belə bir göstəriciyə nail olan ikinci klub yoxdur. Həyatım “Qalatasaray”da keçib. Burada doğulmuşam, burada da öləcəyəm”.

APA-nın “Qalatasaray” futbol komandasının liqadakı yerini necə dəyərləndirirsiniz?” sualına cavab verən klubun keçmiş prezidenti bunları deyib: “Sabah “Fənərbaxça” ilə qarşılaşmamız var. “Qalatasaray” ən güclü vaxtında “Fənərbaxça”ya məğlub olub, ən zəif vaxtında isə bu kluba qalib gəlib. Ona görə də iki komanda arasındakı oyunun nəticəsini təyin etmək çətindir. Arzu edirik ki, yaxşı qarşılaşma olsun. “Qalatasaray”ın udmasını isə ürəkdən istəyirəm. Azərbaycandakı azarkeşlərimiz də həmişə “Qalatasaray”ı alqışlasınlar, çempion olacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR