Bank Of Baku

Ləvənt Tüzəmən: “Raykaardın baş məşqçi qabiliyyətini göstərməsinin yeri derbidir”

Ləvənt Tüzəmən: “Raykaardın baş məşqçi qabiliyyətini göstərməsinin yeri derbidir”
# 27 mart 2010 14:56 (UTC +04:00)
Türkiyə. Mais Əlizadə - APA. “Bursaspor” futbol klubunun cümə günü xal itirməsindən sonra “Qalatasaray”-“Fənərbaxça” qarşılaşması çox böyük önəm qazanıb. “Qalatasaray”ın bu fürsəti əldən qaçırmayacağını və qalib gələcəyini düşünürəm. Çünki çempionluq yarışında “Bursaspor” ağır zədə alandan sonra bu şansı ən yaxşı şəkildə dəyərləndirməsi lazım olan komanda “Qalatasaray”dır”. Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında Türkiyənin tanınmış futbol şərhçisi, “Sabah” qəzetinin yazarı Ləvənt Tüzəmən deyib.

L.Tüzəmən “Qalatasaray”ı çempionluq yarışında ən şanslı komanda saydığını söyləyib: “Uzun müddətdən bəri “Qalatasaray”ın “Ali Sami Yen” stadionunda üstünlüyü var. Əgər “Qalatasaray”ın azarkeşləri gərgin atmosfer yaratmayıb komandalarını dəstəkləyərsə və futbolçular əsəbiləşməzsə, “Qalatasaray”ın bu matçda qalib gələcəyinə inanıram. Bu qarşılaşmada Arda Turanın oynaması böyük üstünlük yaradacaq. Arda ilə “Qalatasaray” daha fərqli və güclü olur. Bundan əlavə, Baroşun da indi komanda ilə ahəngdar olduğunu düşünürəm. Baroş ən az 45 dəqiqə oynaya biləcək.

L.Tüzəmən qeyd edib ki, “Qalatasaray”ın baş məşqçisi Raykaardın özünəməxsus xarizması və təcrübəsi var: “Bəzi vaxtlarda Raykaard ehtiyat skamyadan klubu idarə etməkdə çətinlik çəkir, oyunçu dəyişikliyində səhv edir. Xüsusilə rəqib meydanlarında oyunu xilas edəcək olan həmlələrini heç görmədik. Raykaard rəqib meydançalarda oyuna nəzarət edə bilmir. Öz yerində isə futbolçular yaxşı oyun və azarkeş dəstəyi ilə komanda uğur qazanır. Raykaardın komanda üzərində çəkisi var. Ancaq oyunu hiss etmək məsələsində onun çətinlik çəkdiyini hiss edirəm. Raykaardın baş məşqçi qabiliyyətini göstərməsinin yeri derbidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR