Ləvənt Tüzəmən: «Raykardın baş məşqçi qabiliyyətini göstərməyinin yeri «Fənərbaxça» derbisidir»
- Super liqadakı çempionluq marafonun ən önəmli matçı Ali Sami Yen stadionundakı Qalatasaray-Fənərbaxça derbisi olacaq. Matçla bağlı sizin proqnozunuz necədir?
- Bursasporun cümə günü xal itirməsindən sonra QS-FB derbisi çox böyük önəm qazandı. Qalatasaray futbolçularının öz ayaqlarına gələn bu fürsəti əldən qaçırmayacaqlarını və qalib gələcəklərini düşünürəm. Çünki çempionluq yarışında Bursaspor ağır zədə alandan sonra bu şansı ən yaxşı şəkildə dəyərləndirməsi lazım olan komanda Qalatasaraydır. Çünki Bursaspor ilə matçı var. Əgər o matça qədər xal itirməyib Bursasporu məğlub edərsə, lider ola bilər. Fənərbaxçanın isə Bursaspor ilə matçı olmadığına görə, Qalatasaraya qalib gəlsə belə, üstünlüyü ələ keçirməsi çətin görünür. Bu durumda Beşiktaş da Eskişehiri məğlub edərək yarışa ortaq olmaq istəyəcəkdir. Beşiktaşın son həftədə Bursa ilə matçı olsa da, o uzaq bir ehtimaldır. O vaxta qədər liqadakı durumun formalaşacağına inanıram. Ona görə də çempionluq yarışında ən şanslı komandanın Qalatasaray olduğunu düşünürəm. Uzun müddətdən bəri Qalatasarayın Ali Sami Yendə üstünlüyü var. Orada Qalatasaray tamaşaçıların dəstəyi ilə daha fərqli oynayır. Əgər Qalatasarayın azarkeşləri gərgin atmosfer yaratmayıb komandalarını dəstəkləyərlərsə və futbolçular əsəbiləşməzsə, Qalatasarayın bu matçda qalib gələcəyinə inanıram.
- Komanda Trabzonda 30-cu dəqiqədə qapısında qol gördü. Ancaq ondan sonrakı 60 dəqiqədə qol vura bilmədi. Sizcə, bu, Qalatasaray üçün böyük bir problem deyilmi?
- Bu matçda Ardanın oynamasının böyük üstünlük yaradacağını düşünürəm. Arda ilə Qalatasaray daha fərqli və güclü olur. Bundan əlavə, Baroşun da indi komanda ilə ahəngdar olduğunu düşünürəm. Baroş ən az 45 dəqiqə oynaya biləcək. Ona görə də Arda ilə oynayan Qalatasarayın Fənərbaxçaya qarşı təsirli futbol oynayacağına inanıram. Buna görə də Qalatasarayın qalibiyyətə daha yaxın olduğunu düşünürəm.
- Raykardla bağlı nə demək istərdiniz?
- Raykardın bir xarizması və karyeri var-bu doğrudur. Ancaq meydançada xarizma və karyer yox, bilgi oynayır. Bəzi vaxtlarda Raykard ehtiyat skamyadan klubu idarə etməkdə çətinlik çəkir. Oyunçu dəyişdirəndə səhv edir. Xüsusilə, rəqib meydançalarında matçı xilas edəcək olan həmlələrini heç görmədik. Qalatasaraydakı oyunçuların şəxsi bacarıqları çox vaxt qələbəni gətirdi. Ancaq həm Eskişehirdə, həm də Trabzonda Raykardın şəxsi anlamda səhv etdiyini gördük. Xüsusilə, Trabzondakı matçı bir oyunçu dəyişdirərək bitirmək son dərəcə xətalı idi. Məncə, Raykard rəqib meydançalarda formada olmur. Ali Sami Yendə isə futbolçular yaxşı oynadığına və azarkeşlər dəstək verdiyinə görə komanda uğur qazanır. Raykardın komanda üzərində çəkisi vardır. Ancaq oyunu oxuma məsələsində onun sıxıntıları olduğuna inanıram. Demək ki, bu suala cavab tapmalıyıq: məşqçi komandanı daşıyır, yoxsa komanda məşqçini daşıyır? Barselona komandanın məşqçini daşıdığını düşünürəm.
Futbol
London derbisində “Arsenal” “Çelsi”ni məğlub edib
İspaniya La Liqası: “Barselona” səfərdə “Valensiya”nı darmadağın edib
Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub
La Liqa: “Real Madrid” bu mövsüm ilk məğlubiyyətini alıb
Xəbər Lenti
"Amazon"un yük təyyarəsi Mayami hava limanı yaxınlığında qəzaya uğrayıb, 5 nəfər ölüb - YENİLƏNİB
Tramp Ayın ABŞ-ın mülkiyyəti olduğunu açıqlayıb
Syerra-Leonenin sabiq prezidenti sürgündən qayıdıb
Tramp əvvəl Putin, daha sonra isə Zelenski ilə telefonla danışacaq
Böyük Britaniya La-Manşda 140 qanunsuz miqrantın olduğu qayığı saxlayıb
Sabiq Pentaqon rəhbəri: ABŞ-İran münaqişəsi daha 6 ay davam edə bilər
Uitkoff: Rusiya ilə danışıqlar olmadan sülh şansı azdır
Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
Şimali Kiprdə batan gəmidə itkin düşən daha 1 nəfərin meyiti tapılıb
Nepalda sel fəlakətində ölənlərin sayı 1344-ə çatıb
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
London derbisində “Arsenal” “Çelsi”ni məğlub edib
İspaniya La Liqası: “Barselona” səfərdə “Valensiya”nı darmadağın edib
Şəkidə piyadanı avtomobil vurub öldürüb
Zelenski Rusiya ilə danışıqlar prosesinin bərpa olunduğunu bildirib
Kuşner: Tramp Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı yeni təkliflər paketinin hazırlanmasını tapşırıb
Kabardin-Balkariyada alpinistlər qar uçqununun altında qalıb
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4362 nəfərə çatıb
Husilər Səudiyyə Ərəbistanına məxsus PUA-nı vurduqlarını açıqlayıblar
Ucarda yük avtomobili yanıb
Zelenskinin Uitkoff və Kuşnerlə görüşü başa çatıb, “Avropa üçlüyü”nün iştirakı ilə ikinci raund olacaq- VİDEO - YENİLƏNİB-1
Yağış yağacaq, leysan olacaq, dağ çaylarından sel keçəcək - XƏBƏRDARLIQ
Prezidentin sosial şəbəkə hesablarında HDQ qərargahını ziyarəti ilə bağlı paylaşım edilib
Dehlidə yataqxana binası uçub, 3 nəfər ölüb, 50 nəfər dağıntılar altında qalıb - VİDEO
İsrail Livanın cənubuna aviazərbə endirib, ölənlər var - YENİLƏNİB-1
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Şahin Mustafayev iranlı nazirlə dəmir yolu tikintisini müzakirə edib
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
Lavrov: Almaniya yenə müharibə istəyir
Roma Papası Ukrayna münaqişəsinin nizamlanması üçün yeni cəhdlərin uğurlu olmasını arzulayıb
Tibetdə torpaq sürüşməsində ölənlərin sayı 43 nəfərə çatıb, 519 nəfər itkin düşüb
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub - FOTO - VİDEO
Çester divarlarından Çörçillin heykəlinə: Britaniyanın tarixi irsi hansı təhlükələrlə üzləşir? - ARAŞDIRMA
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var - FOTO
ABŞ-də milli irs vandalizmdən necə qorunur? - TƏHLİL
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Qubada yol qəzasında 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB
Almaniyanın Kil şəhərində aşkarlanan bombaya görə 5 mindən çox insan təxliyə ediləcək
Sabah yağış yağacaq, leysan olacaq
Türkiyədə tarixi abidələrin vandalizmə məruz qalması ciddi problemə çevrilib - FOTO
Astarada başına boru düşən Cəlilabad sakini ölüb
Prezident İlham Əliyev Esvatini Kralını Müstəqillik Günü münasibəti ilə təbrik edib
Misirdə keçmiş televiziya aparıcısı ölüm cəzasına məhkum edilib
BDYPİ gözlənilən hava şəraitində sürücülərə diqqətli olmağı tövsiyə edib
Yəməndə hökumət qüvvələri hücuma keçib, husilər strateji rayona nəzarəti itirib
Kreml Putin-Uitkoff-Kuşner danışıqlarının detallarını açıqlayıb
Dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
Ağdamda traktor minaya düşüb, xəsarət alan var - YENİLƏNİB
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib