Bank Of Baku

Türkiyənin keçmiş dövlət naziri Işın Çələbi: «Mənim yarı qismim azərbaycanlıdır»

Türkiyənin keçmiş dövlət naziri Işın Çələbi: «Mənim yarı qismim azərbaycanlıdır»
# 27 mart 2010 22:56 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə - APA. «Qalatasaray» prezidenti Adnan Polatın siyahısından bu dəfə də idarə heyətinə seçilən keçmiş dövlət naziri Işın Çələbi APA-nın Türkiyə bürosuna açıqlama verib.

«Mənim Azərbaycanın irəliləməsi üçün gördüyüm işləri oradakı dostlarım yaxşı bilirlər. Ona görə də bax, gördün ki, Türk mediasına yox, sizə müsahibə verirəm. Azərbaycan bizim qardaş ölkəmiz, ətlə-dırnaq kimi canımız-ciyərimizdir. Biz «Qalatasaray» klubunun Azərbaycanda məktəbini açmalıyıq. Oraya kiçik uşaqları götürüb yetişdirməli və «Qalatasaray» klubunda fayda vermələrinə nail olmalıyıq», deyə o bildirib.

APA təmsilçisinin «Aldığımız məlumata görə, Azərbaycandakı «Qalatasaray» Fan-klubunun 250 min üzvü var. Sizcə, bu çox önəmli bir göstərici deyilmi?» - sualına klub idarə heyətinin üzvü Işın Çələbi belə cavab verib: «Buna çox sevindim. Mən yarı azərbaycanlı sayılıram. Biz ata Əliyevin dövründə Azərbaycana çox kömək etdik. Mərhum Özal da Azərbaycanı çox sevərdi. Azərbaycan məni vətəndaşlığa qəbul etsə, çox sevinərəm. Bakıya gəlmək istərdim. Nə vaxt dəvət etsələr, mən gəlməyə hazıram».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR