Bank Of Baku

Azərbaycan milli komandası İtaliyanın “Roma” klubu ilə qarşılaşacaq

Azərbaycan milli komandası İtaliyanın “Roma” klubu ilə qarşılaşacaq
# 29 mart 2010 10:10 (UTC +04:00)
Bakı – APA. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İtaliya və Hollandiya klublarına qarşı mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, millimizin iştirak edəcəyi beynəlxalq turnirdə 9 komanda qüvvəsini sınayacaq.

Oliver Pelzerin yetirmələri İtaliyadakı yarışın qrup mərhələsində meydan sahibləri ilə üz-üzə gələcək. Komandamız C qrupunda “Roma” və “Ternana” klublarının müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq.

A qrupu yalnız İtaliya klublarından – “Kalyari”, “Askoli”, “Rieti”dən ibarətdirsə, yeganə holland təmsilçisi “Den Haaq” B qrupunda yer alıb. Onlar “Latsio” və “Valle Del Giovenco” ilə oynayacaq. Yığmamız ilk oyununu martın 31-də, Bakı vaxtı ilə saat 22:30-da “Ternana” komandası ilə keçirəcək. İki gün sonra saat 19:30-da futbolçularımız “canavarlar”la münasibətlərini ayırd edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR