Bank Of Baku

Ukrayna 2012-ci il futbol üzrə Avropa Çempionatının keçirilməsi hüququndan məhrum ola bilər

Ukrayna 2012-ci il futbol üzrə Avropa Çempionatının keçirilməsi hüququndan məhrum ola bilər
# 29 mart 2010 19:33 (UTC +04:00)
Bakı-APA. UEFA prezidenti Mişel Platini 2012-ci il Avropa Çempionatının keçirilməsi üçün Ukraynanın hazırlıqlarından razı qalmadığını bildirib. APA-nın pravda.ru saytına istinadən verdiyi xəbərə görə, qurum rəhbəri «xüsusilə Kiyevdə idman arenalarının tikintisi vaxtında başa çatdırılmasa Ukrayna turnirin keçirilməsi hüququndan məhrum ediləcəyini bildirib.
“Əgər Kiyev hazır olmasa, Ukrayna da hazır olmayacaq”, - deyə Platini müsahibələrinin birində bildirib.
Bundan əlavə Avropa Futbol Assosiasiyasının prezidenti bildirib ki, Lvov stadionunun tikintisinə dair işlər də “bir santimetr belə” irəliləməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR