Bank Of Baku

AFFA prezidenti “Xəzər-Lənkəran” – “Neftçi” görüşündəki qalmaqala münasibət bildirdi

AFFA prezidenti “Xəzər-Lənkəran” – “Neftçi” görüşündəki qalmaqala münasibət bildirdi
# 30 mart 2010 11:29 (UTC +04:00)
Bakı – APA. “Xəzər-Lənkəran” – “Neftçi” oyununda baş verənlərə AFFA-nın ekspert qrupları baxır. Biz buna baxıb, bu gün rəy verəcəyik”. Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA prezidenti Rövnəq Abdullayev deyib.

Unibank Premyer Liqasının XXV turu çərçivəsində “Xəzər-Lənkəran” – “Neftçi” oyununda baş verən qalmaqala münasibət bildirən Abdullayev ədalətli qərar çıxarılacağını bildirib: “Futbolumuzda böyük inkişaf, ajiotaj var. Bu, olmalıdır. Ancaq həddi aşmaq olmaz. Ajiotajın da həddi var. Biz Lənkərandakı oyunlara baxıb, ədalətli qərar çıxaracağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR