Bank Of Baku

«Benfika» «Liverpul»a 2:1 hesabı ilə qalib gəldi

«Benfika» «Liverpul»a 2:1 hesabı ilə qalib gəldi
# 02 aprel 2010 02:09 (UTC +04:00)
Baku-APA. UEFA kubokunun ¼ finalında «Benfika» «Liverpul»a 2:1 hesabı ilə qalib gəlib. APA-nın məlumatına görə, Lissabonun «Estadio Da Luş» arenasında keçirilən görüşdə ilk qolu Portuqaliya çempionatının lideri «Benfika»nın qapısına 9-cu dəqiqədə «Liverpul»un müdafiəçisi Aqqer vurub.

Lakin «Liverpul»un hollandiyalı oyunçusu Babel kobudluğa görə meydandan çıxarıldıqdan sonra oyunun məcrası dəyişib. Belə ki komandanın qapısına iki dəfə 11 metrlik cərimə zərbəsi təyin olunub.

Hər iki halda «Benfika»nun paraqvaylı oyunçusu Kardozo şansını qaçırmayaraq dubla imza atıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR