Bank Of Baku

“Neftçi” rəhbərliyi üç futbolçunu əsas heyətdən uzaqlaşdırıb

“Neftçi” rəhbərliyi üç futbolçunu əsas heyətdən uzaqlaşdırıb
# 13 aprel 2010 12:53 (UTC +04:00)
Bakı – APA. Bakının “Neftçi” klubu üç legionerini əvəzedici komandaya göndərib. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Arif Əsədov son oyunlardakı uğursuz nəticələri nəzərə alaraq, serbiyalı qapıçı Vladimir Miçoviç, milli komandasının da üzvü olan türkmənistanlı yarımmüdafiəçi Nazar Bayramov və kamerunlu hücumçu Valentim Atemi əvəzedici heyətə göndərib. Bundan əlavə, əsas heyətin bir sıra oyunçuları klub rəhbərliyi tərəfindən böyük məbləğdə cərimələnib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR