Bank Of Baku

AFFA “Bakı” və “İnter” klublarını cəzalandırıb

AFFA “Bakı” və “İnter” klublarını cəzalandırıb
# 13 aprel 2010 12:59 (UTC +04:00)
Bakı – APA. AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda ölkə çempionatının XXVII turunda baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar çıxarılıb.

“Qəbələ” ilə səfər matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “İnter” və “Xəzər-Lənkəran”la görüşdə eyni aqibəti yaşayan “Bakı” 1000 manat cəzalanıb. Ümumilikdə, 5620 manatlıq cəza kəsən komitə əvəzedici komandaların birinciliyi və I divizionla bağlı da qərarlar qəbul edib.

Ən maraqlısı isə aşağı dəstənin iddialıları “Bakılı” və “Gəncə” arasındakı qarşılaşma ilə bağlı olub. Oyundan bir gün əvvəl matçın keçiriləcəyi futbol meydançası qonaq komandanın ixtiyarına verilmədiyi üçün “Bakılı” 300 manat cərimə olunub. Bundan başqa, həmin oyun top daşıyan uşaqlar və xərək daşıyanlarla təmin olunmadığı üçün meydan sahibi 100 manat cərimə ödəyəcək. “Neftçi” İSM isə yenə yanğınsöndürmə maşını olmadığı üçün 100 manat xərcə düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR