Bank Of Baku

“Bakı” - “Qalatasaray” görüşünün vaxtı bəlli oldu

“Bakı” - “Qalatasaray” görüşünün vaxtı bəlli oldu
# 13 aprel 2010 13:05 (UTC +04:00)
Bakı – APA. “Bakı” futbol komandasının Astanada keçiriləcək beynəlxalq turnirdə rəqibləri və oyunlarının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi B qrupunda Moskva MOİK-i, Türkiyənin “Qalatasaray” və Serbiyanın 17 yaşlılardan ibarət komandası (U-17) ilə bir qrupda yer alıb.

Komandamız ilk oyununu aprelin 26-da serblərə qarşı keçirəcək. Ertəsi gün böyük maraqla gözlənilən “Bakı” – “Qalatasaray” görüşü baş tutacaq. Qrupda son oyunumuzu MOİK-lə keçirəcəyik.

Qeyd edək ki, A qrupunda təşkilatçıların “Tsesna-94”, Rusiyanın “Zenit”, Özbəkistanın “Bunedkor” və Koreyanın SUAR-94 komandası yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR