Bank Of Baku

Vladimir Miçoviç: “Neftçi” komandasında qalıb-qalmayacağımı deyə bilmərəm”

Vladimir Miçoviç: “Neftçi” komandasında qalıb-qalmayacağımı deyə bilmərəm”
# 13 aprel 2010 13:16 (UTC +04:00)
Bakı – APA. “Əvəzedici komandaya göndərilməyimi şərh etmək istəmirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun qapıçısı Vladimir Miçoviç deyib.

Baş məşqçi Arif Əsədov tərəfindən əvəzedici komandaya göndərilməsinə münasibət bildirən serbiyalı futbolçu “Neftçi”dən ayrılacağını istisna etməyib: “Bu haqda heç bir kəlmə də danışmaq istəmirəm. Artıq əvəzedicilərin hazırlığına qatılmışam. “Neftçi” ilə müqaviləmin müddəti hələ başa çatmır. Bununla belə, komandada qalıb-qalmayacağımı deyə bilmərəm. Bunu zaman göstərəcək”.

Qeyd edək ki, son oyunlarda uğursuz nəticələri nəzərə alaraq, “Neftçi”nin baş məşqçisi Arif Əsədov üç futbolçunu əvəzedici komandaya göndərib. Bunlar serbiyalı Miçoviç, türkmənistanlı yarımmüdafiəçi Nazar Bayramov və kamerunlu hücumçu Valentin Atemdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR