Bank Of Baku

Kamran Ağayev: “Azərbaycan çempionatının nəyi çətin keçir ki?”

Kamran Ağayev: “Azərbaycan çempionatının nəyi çətin keçir ki?”
# 14 aprel 2010 10:52 (UTC +04:00)
Bakı – APA. “Azərbaycan çempionatının nəyi çətin keçir ki? Həftədə cəmi bir oyun oynayırıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Kamran Ağayev deyib.

“Xəzər-Lənkəran”ın 24 yaşlı qapıçısı bildirib ki, yığmanın 3 günlük təlim-məşq toplanışı klubdakı hazırlığına ciddi təsir etmir. Unibank Premyer Liqasında mübarizənin qızışdığı vaxtda təşkil olunan toplanışa qatılan Ağayev bu gün keçirilən mətbuat üçün açıq məşqdən sonra fikirlərini açıqlayıb: “Həmin qarşılaşma da normal tempdə keçir. Ona da çətinlik çəkmədən hazırlaşırıq. Düzdür, futbolçular qapıçılardan bir qədər çox yorulur. Bir neçə gün öz klubundan ayrı qalırsan, amma çempionat oyununa bir gün qalmış kluba qayıdırsan. Orada da məşq edirik, burada da”.

Qeyd edək ki, Ağayev millidə keçirdiyi 13 oyunda 13 qol buraxıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR