Bank Of Baku

Azərbaycan basketbol yığması 2 legionerlə güclənəcək

Azərbaycan basketbol yığması 2 legionerlə güclənəcək
# 26 aprel 2010 10:25 (UTC +04:00)
Bakı – APA. Türkiyə Basketbol Federasiyasının dəvəti ilə İstanbulda bir həftəlik təlim-məşq toplanışında olan kişilərdən ibarət Azərbaycan milli komandası vətənə qayıdıb. Bu barədə apasport.az saytına açıqlama verən yığmamızın baş məşqçisi Elxan Əliyev bildirib ki, qardaş ölkədə hazırlıq yüksək səviyyədə keçib.

“Türkiyədə keçirilən təlim-məşq toplanışı komandanın növbəti oyunlarında inamlı çıxışına böyük fayda verəcək. Biz orada hazırlıqla bərabər 4 yoxlama görüşündə də qüvvəmizi sınadıq. Bu oyunların 3-də məğlub olduq, 1-də qələbə qazandıq. Qeyd edim ki, qarşılaşdığımız universitet komandaları olsalar da, onlar peşəkarlardan qurulmuşdu. I və II liqa komandaları ilə yoldaşlıq matçları keçirməkdə məqsədimiz yığmada olan səhvləri görmək və gələcəkdə bunun üzərində ciddi hazırlaşmaqdır” – deyə, baş məşqçi bildirib.

Heyətdə olan zəif mövqeləri legioner hesabına gücləndirməyi planlaşdıran Əliyev Türkiyədə, həmçinin komandaya təklif olunan basketbolçuların da oyununu izləyib: “Türkiyədə olarkən menecerlərin milliyə təklif etdikləri 1 neçə əcnəbinin çıxışını da izlədik. Sonda 4 legionerin oyunu bizi razı saldı. Əslən amerikalı olan bu basketbolçulardan biri Türkiyə çempionatında, digərləri Polşa, Yunanıstan və İsraildə çıxış edirlər. 10-15 gün ərzində onların menecerləri sənədləri toplayaraq federasiyaya göndərəcəklər. Bundan sonra biz onlardan 2-sini milli komandaya cəlb edəcəyik”.

Qeyd edək ki, Avropa çempionatına ciddi hazırlaşan komandamız aprelin 25-də Bakıya qayıtsa da, bu gün yenidən hazırlıqlara start verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR