Bank Of Baku

Azərbaycan futbolçuları Frankfurtda tibbi müayinədən keçəcəklər

Azərbaycan futbolçuları Frankfurtda tibbi müayinədən keçəcəklər
# 26 aprel 2010 10:25 (UTC +04:00)
Bakı – APA. Berti Foqts Azərbaycan yığmasını yenidən vətəninə aparacaq. Apasport.az saytının məlumatına görə, mayın 23-dək iyunun 2-dək Avstriyada təlim-məşq toplanışında olacaq yığmamız oradan Almaniyaya yollanacaq. Buna komanda üzvlərinin tibbi müayinədən keçməsi səbəb olacaq. Frankfurt şəhərinə gedəcək futbolçularımız iyunun 3-dən 5-dək alman həkimlər tərəfindən yoxlanılacaq.

Qeyd edək ki, mayın 19-dan 22-dək Bakıda məşq edəcək komandamız Avstriya toplanışında 3 yoxlama görüşü keçirəcək. Yığmamız mayın 26-da Moldova, 29-da Makedoniya, iyunun 2-də isə Honduras yığması ilə üz-üzə gələcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR