Bank Of Baku

“Bakı” klubu Astanada keçirilən beynəlxalq turnirdə Serbiya yığmasına 0:10 hesabı ilə uduzub

“Bakı” klubu Astanada keçirilən beynəlxalq turnirdə Serbiya yığmasına 0:10 hesabı ilə uduzub
# 26 aprel 2010 12:38 (UTC +04:00)
Bakı – APA. 17 yaşlı futbolçulardan ibarət “Bakı” klubu “Qazaxıstan Respublikasının Prezidenti Kuboku” turnirində ağır məğlubiyyətlə üzləşib. Turnirin təşkilatçısı olan Qazaxıstan Futbol Federasiyasının mətbuat katibi Timur Kamaşevin apasport.az saytına verdiyi məlumata görə, komandamız Serbiyanın 17 yaşlılardan ibarət yığması ilə bu gün Astanada keçirdiyi görüşdə 0:10 hesabı ilə uduzub: “Bakı” ilk hissədə yalnız 0:2 hesabı ilə geridə idi. Ancaq fasilədən sonra serblərin daha yaxşı fiziki hazırlığa malik olması oyunun nəticəsinə birbaşa təsir göstərdi. Nəticədə daha 8 top buraxan “Bakı” 0:10 hesabı ilə uduzdu”.

Qeyd edək ki, “Bakı” turnirdə ikinci oyununu sabah Türkiyənin “Qalatasaray” klubu ilə keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR