Bank Of Baku

Milanın “İnter” komandası Çempionlar Liqasının finalına çıxıb

Milanın “İnter” komandası Çempionlar Liqasının finalına çıxıb
# 28 aprel 2010 23:21 (UTC +04:00)
APA-nın məlumatına görə, oyun 1:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatsa da, finala ilk oyunda 3:1 hesabı ilə qalib gəlmiş “İnter” vəsiqə qazanıb. 28-ci dəqiqədə Tyaqo Mottanın qırmızı vərəqə görməsi ilə 1 nəfər azlıqda qalan “İnter” oyunun qalan hissəsini müdafiədə keçirib. Lakin “Barselona” bu üstünlüyündən rəqib qapısından yalnız 1 top keçirməklə yararlana bilib ki, bu da onun finala çıxmasına yetməyib.

“Barselona”nın yeganə qolunu “İnter”in qapısından mərkəz müdafiəçisi Xerard Pike oyunun 84-cü dəqiqəsində keçirib. Qalan dəqiqələrdə də hücumlarını davam etdirən meydan sahibləri daha bir dəfə topu rəqib qapısından keçirsə də, belçikalı hakim Frank de Blekere mübahisəli qərarı ilə bu qolu qeydə almayıb.

“İnter”in finalda rəqibi digər yarımfinalda Fransanın “Lion” komandasını məğlub etmiş Almaniyanın “Bavariya” komandası olacaq. Final mayın 22-də Madridin “Santyaqo Bernabeo” stadionunda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR