Bank Of Baku

Futbol üzrə Azərbaycan yığmasının yeni baş məşqçisi müəyyənləşib

Futbol üzrə Azərbaycan yığmasının yeni baş məşqçisi müəyyənləşib
# 29 aprel 2010 11:35 (UTC +04:00)
Bakı – APA. 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında almaniyalı Sissi Rayt komandanın baş məşqçisi təyin olunub. O, 2012-ci ildə Azərbaycanda keçiriləcək mundialın final mərhələsinə birbaşa vəsiqə qazanan millimizə rəhbərlik edəcək.

Almaniya milli komandasının sabiq futbolçusu olan Rayt məşhur “Bavariya” klubunda məşqçi kimi çalışıb.

Qeyd edək ki, indiyədək Azərbaycan yığmasını Şamil Heydərov çalışdırdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR