Bank Of Baku

“Neftçi” komandasının baş məşqçisi istefa verib

“Neftçi” komandasının baş məşqçisi istefa verib
# 03 may 2010 07:50 (UTC +04:00)
Bakı – APA. Bakının “Neftçi” klubunun əvəzedici komandasının baş məşqçisi Nazim Əliyev istefa verib. Bu haqda apasport.az saytına Əliyevin özü məlumat verib. 47 yaşlı çalışdırıcı bildirib ki, hesabat turunda səfərdə “Qarabağ”a 1:6 hesablı məğlubiyyətdən sonra postundan ayrılıb: “Oyundan sonra qərarımı şifahi olaraq bildirdim. Dedim ki, bu həftə istefa ərizəmi yazıb, məsələni rəsmiləşdirəcəyəm. Əvvəllər də böyük hesabla uduzmuşdum. Ancaq bu dəfə daha böyük fərqli məğlubiyyət olduğundan, getməyə üstünlük verdim. Məncə, özünə hörmət edən məşqçi belə hesablı nəticədən sonra istefa verər”.

Qeyd edək ki, bu, cari mövsümdə “Neftçi”nin əvəzedicilərindən ibarət komandasında ikinci baş məşqçi istefasıdır. Əliyevin əvəzlədiyi Mirbağır İsayev də böyük hesablı məğlubiyyətdən sonra postundan ayrılmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR