Bank Of Baku

Azərbaycan yığması Rusiya və Almaniya ilə yoldaşlıq görüşü keçirəcək

Azərbaycan yığması Rusiya və Almaniya ilə yoldaşlıq görüşü keçirəcək
# 04 may 2010 09:43 (UTC +04:00)
Bakı – APA. Çimərlik futbolu üzrə Azərbaycan yığması mayın 6-dan 16-dək Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışı keçəcək. Apasport.az saytının xəbərinə görə, milli komandamızın baş məşqçisi Emil Cabbarov səfərə 12 oyunçu - Orxan Məmmədov, Elnur Əhmədov, Emin Kürdov, İlqar Abdullayev, Renat Sultanov, Elşad Quliyev, Müslüm Hüseynov, Namiq İsgəndərov, İlham Əzizzadə, Əbdül Əliyev, Seymur Məmmədov, Asif Zeynalov və Rövşən Durmuşovla yollanacaq. Komandamız hazırlıq prosesi çərçivəsində Türkiyə, Ukrayna, Rusiya və Almaniya komandaları ilə yoldaşlıq oyunu keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR