Bank Of Baku

“Araz” klubu ardıcıl 6-cı dəfə Azərbaycan çempionu adını qazanıb

“Araz” klubu ardıcıl 6-cı dəfə Azərbaycan çempionu adını qazanıb
# 05 may 2010 07:51 (UTC +04:00)
Bakı – APA. Futzal üzrə növbəti Azərbaycan çempionu bəlli olub. Apasport.az saytının məlumatına görə, Naxçıvanın “Araz” klubu ardıcıl altıncı dəfə ölkə birinciliyinin qızıl medallarına sahib çıxıb. XXIII turda ən yaxın izləyicisi “Ekol”u 4:1 hesabı ilə məğlub edən “Araz” mövsümün başa çatmasına 1 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Qeyd edək ki, Joze Alisio Da Silvanın yetirmələri bu il ölkəmizi futzal üzrə UEFA kubokunda layiqincə təmsil edərək, “Dördlər finalı”na vəsiqə qazanıb və 3-cü yerə sahib olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR