Bank Of Baku

6 futbolçu Bakının “Neftçi” klubundan uzaqlaşdırılıb

6 futbolçu Bakının “Neftçi” klubundan uzaqlaşdırılıb
# 11 may 2010 11:36 (UTC +04:00)
Bakı – APA. Ardıcıl ikinci il avrokuboklardan kənarda qalan Bakının “Neftçi” klubu heyətdə islahatlarla başlayıb. Apasport.az saytının məlumatına görə, komanda rəhbərliyi rumıniyalılar - Adrian Neaqa, Marian Aliuta, türkiyəli Suat Usta, estoniyalı Taavi Rahn, Vladimir Voskoboynikov və uruqvaylı Valter Quqlemonla yollarını ayırıb.

Qeyd edək ki, komandadan kənarlaşdırılan legionerlər arasında “Neftçi”də ən uzun müddətli oynayan Suat idi. 2008-ci ilin yayında transfer edilən “Qalatasaray”ın sabiq müdafiəçisi bu il əsas heyətdə yerini itirmişdi.

İl yarım öncə gələn rumıniyalılardan Neaqa nəinki “Neftçi”nin, uzun müddət çempionatımızın bombardiri idi. Estoniya milli komandasının üzvlərindən Rahn ötən yay, Voskoboynikov keçən qış transfer olunub. Son vaxtlar ehtiyatda qalan bu cütlükdən müqaviləsi bitmək üzrə olan Vladimir hücumçu olsa da, cəmi 1 qol vurmuşdu. Ötən çempionatımızın bombardiri olan Quqlemon “İnter”dən fərqli, “Neftçi”də məhsuldar oyun göstərə bilmədi və əsas heyətdə yerini itirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR