Bank Of Baku

“Qəbələ” klubunun məşqçilər korpusu müəyyənləşdi

“Qəbələ” klubunun məşqçilər korpusu müəyyənləşdi
# 12 may 2010 09:34 (UTC +04:00)
Bakı – APA. “Qəbələ” klubunda çalışacaq əcnəbi mütəxəssislərin tam siyahısı məlum olub. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən təqdimat mərasimi ərəfəsində komandaya ingilis və türk mütəxəssislərin cəlb olunduğu müəyyənləşib.

Belə ki, bundan sonra komandanın icraçı direktoru funksiyasını Alastair Savyerinitto yerinə yetirəcək. Klubun yeni baş məşqçisi olacaq ingiltərəli futbol əfsanəsi Toni Adamsın köməkçiləri də məlum olub. Bu gün 3 illik müqavilə imzalanan “Arsenal” və İngiltərə yığmasının sabiq kapitanının köməkçiləri həmyerlisi Toni Stivens və bir müddət əvvəl “Qarabağ”dan ayrılan türkiyəli Fatih Kavlak olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR