Bank Of Baku

UEFA: Türkiyə və Fransanın Avro-2016-nı keçirmək şansı yüksəkdir

UEFA: Türkiyə və Fransanın Avro-2016-nı keçirmək şansı yüksəkdir
# 15 may 2010 01:07 (UTC +04:00)
Bakı-APA. UEFA-nın 2016-cı il Avropa Çempionatını təşkil etmək istəyən üç namizəd ölkə ilə bağlı ilk dəyərləndirmə raportu, Türkiyə və Fransaya, İtaliyaya nisbətən daha çox şans verir.

APA-nın məlumatına görə, UEFA namizəd ölkə ilə bağlı yekun qərarını mayın 28-də Cenevrədə açıqlayacaq.

Mütəxəssislərin hazırladığı 60 səhifəlik 100 texniki meyarın dəyərləndirilməsi nəticəsində hazırlanan raport UEFA-nın 13 üzvlü icraiyyə komitəsi üçün önəmli əsasdır.

Mütəxəssislər İtaliyanın raportunu «zəif» olaraq dəyərləndiriblər. Dövlət dəstəyi baxımından da Türkiyə və Fransa İtaliyanı qabaqlayırlar.

UEFA xüsusən Türkiyədə dövlətin və siyasətçilərin bu tədbirin keçirilməsi üçün verdiyi tam dəstəyə görə məmnuniyyətini dilə gətirir və dövlətin 20 milyard Avrodan artıq sərmayə qoymaq vədini təqdir edir.

Raportda Fransanın edəcəyi dövlət sərmayəsi mövzusunda yetərli məlumat verməməyi tənqid olunur.

UEFA Fransanı stadion tikmək planları mövzusunda də tənqid edir və bu məsələdə irəliləyiş əldə olunmasının vacibliyi vurğulanır.

Raportda Parisdəki «Stade de France»ın ətrafının balaca olması üzündən tənqidlər var.

Fransa raportda, avtomagistral, sürətli qatar və hava nəqliyyatı mövzusunda daha yaxşı xal alır.

Raport Türkiyəyə nəqliyyat məsələsində Fransa qədər yaxşı xal vermir.

UEFA texnologiya baxımından Fransanın yaxşı namizəd olduğunu bildirərkən təhlükəsizlik məsələsində problem yaşanmadığına işarə vurur.

UEFA raportu TÜrkiyənin F-1 yarışları və Avropa Çempionlar Liqası finalını təşkil etdiyini bildirərək bu məsələdə Fransa qədər güclü bir namizəd olduğu şərhini verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR