Bank Of Baku

“Fənərbaxça” futbol klubunun çempionluq şansını itirməsi İstanbulda insidentlərə səbəb olub

“Fənərbaxça” futbol klubunun çempionluq şansını itirməsi İstanbulda insidentlərə səbəb olub
# 16 may 2010 22:24 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məğlubiyyətin ardından “Fənərbaxça”ya məxsus Şükrü Saraçoğlu stadionundakı azarkeşlər “klub rəhbərliyinə istefa” şüarları səsləndiriblər. Onlar klubun prezidenti Əziz Yıldırımın istefa verməsini tələb ediblər.

Bununla qəzəbi soyumayan azarkeşlər stadiondakı kresloları qırıb, bir qisminə isə od vurublar.

Stadionun ətrafında da insident yaranıb. Polislə azarkeşlər arasında gərginlik olub.

Tərəfdarlar polisi daşlayıblar. Polis izdihamı dağıtmaq üçün sudan istifadə edib.

Hadisələr zamanı bir neçə nəfər xəsarət alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR