Bank Of Baku

Bakının “İnter” klubu 10 futbolçunu komandadan uzaqlaşdırıb

Bakının “İnter” klubu 10 futbolçunu komandadan uzaqlaşdırıb
# 18 may 2010 08:58 (UTC +04:00)
Bakı – APA. Ötən bazar başa çatan Unibank Premyer Liqasının qalibi olan Bakının “İnter” klubu heyətində ciddi islahatlar aparıb. Apasport.az saytının məlumatına görə, son ölkə çempionu 10 futbolçu ilə yollarını ayırıb.

Bunlar Milan Zaqorats, Qoran Arnaut, Vitali Ledenyov, Raymundo Vilson, Lübomir Kubitsa, Xəyal Mustafayev, Orxan Məmmədov, Ruhid Usubov, Xaqani Məmmədov və Anhel Qutyerresdir.

Müqavilə ilə “İnter”ə məxsus olan Məmmədov ötən mövsümün ikinci dövrəsini icarə əsasında Yevlaxın “Karvan” klubunda keçirib və anlaşması bitdiyi üçün I diviziona düşən komanda ilə yollarını ayırıb. Ancaq gürcüstanlı baş məşqçi Kaxaber Sxadadze təcrübəli hücumçunun xidmətində maraqlı deyil. Çempion İrandan təklif alan Xaqaninin gedişinə mane olmayıb.

Qeyd edək ki, bu futbolçulardan bəzilərinin müqaviləsi bitib. Bəzilərinin “İnter”lə müqaviləsi olsa da, transferə çıxarılmayıb, qarşılıqlı razılıq əsasında anlaşma pozulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR