Bank Of Baku

“Qalatasaray” klubunun sabiq futbolçusu Braziliya yığmasına cəlb olunub

“Qalatasaray” klubunun sabiq futbolçusu Braziliya yığmasına cəlb olunub
# 20 may 2010 10:44 (UTC +04:00)
Bakı – APA. Türkiyənin “Qalatasaray” klubunun sabiq qapıçısı Klaudio Taffarel CAR-da keçiriləcək dünya çempionatının final mərhələsində iştirak edəcək. Apasport.az saytının məlumatına görə, 44 yaşlı futbolçu Braziliya milli komandasına dəvət olunub.

Taffarel uzun illər şərəfini qoruduğu yığmanın məşqçilər korpusunda yer alacaq. 1990, 1994 və 1998-ci ildə keçirilən dünya çempionatlarında indiki baş məşqçi Dunqa ilə yanaşı oynayıb, bir qızıl və 1 gümüş qazanan Klauduo sabiq komanda yoldaşına kömək edəcək. Taffarelə beş qat dünya çempionlarının oyunlarının təhlili tapşırılıb. Rəqib komandaların qarşılaşmalarını izləyəcək Klaudio ilə yanaşı, vətənində məşqçi kimi kifayət qədər tanınan Marselo Kabu da bu vəzifənin icrası üçün yığmaya cəlb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR