Bank Of Baku

Azərbaycan yığmasının futbolçusu Rusiyanın “Volqa” klubuna keçə bilər

Azərbaycan yığmasının futbolçusu Rusiyanın “Volqa” klubuna keçə bilər
# 20 may 2010 12:49 (UTC +04:00)
Bakı – APA. “Elnur Allahverdiyevin “Anji”yə keçidi gündəmdə deyil. Onu keçmiş baş məşqçimiz Omari Tetradze hazırda çalışdırdığı “Volqa” klubuna aparmaq istəyir”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və Rusiyanın “Anji” klubunun futbolçusu Mahir Şükürov deyib.

Milli komandamızın təlim-məşq toplanışında iştirak etmək üçün Bakıya gələn yarımmüdafiəçi dünəndən hazırlığa qatılıb. Şükürov yığmadakı komanda yoldaşı Elnur Allahverdiyevlə bir klubda oynamağı çox istəsə də, bunu real saymır. Onun fikrincə, gürcüstanlı baş məşqçi Omari Tetradzenin bəyəndiyi, hələ qışda “Anji”yə transfer etməyə hazırlaşdığı Allahverdiyevi Rusiyanın I divizion təmsilçisi Nijni Novqorodun “Volqa” klubuna aparması mümkündür.

Tetradzenin “Anji”yə transfer etdiyi Şükürov klubdakı maliyyə probleminin də yoluna qoyulduğunu bildirib: “Maliyyə məsələləri həll edilib. Futbolçuların maaşları verilib. Artıq heç bir problemimiz qalmayıb. Yeri gəlmişkən, ola bilsin, “Anji”nin məşqçiləri millinin heyətində Avstriyada keçirəcəyim yoldaşlıq oyunlarını izləsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR