Bank Of Baku

Məşhur türkiyəli futbolçu 16 il müddətinə azadlıqdan məhrum ola bilər

Məşhur türkiyəli futbolçu 16 il müddətinə azadlıqdan məhrum ola bilər
# 21 may 2010 13:24 (UTC +04:00)
Bakı – APA. Türkiyə prokurorluq orqanlarının futbolda danışılmış oyunlarla bağlı apardığı araşdırmalar sona çatıb. Apasport.az saytının məlumatına görə, 59 qarşılaşmada baş verənlərlə bağlı aparılan araşdırmanın yekunları artıq məhkəməyə göndərilib.
Bukmekerlərlə əlbir olduğu üçün həbs edilən tanınmış futbolçu Fatih Akyelin ardından daha bir neçə məşhur azadlıqdan məhrum edilə bilər. Belə ki, 5 ildən 16 ilədək həbs cəzası ala biləcək şəxslər arasında türk futbolunun əfsanəsi Tanju Çolak və Arif Ərdəm də var. Tanju və qardaşı Yücəl sabiq şərikləri - menecer Mətin Korkmazın ifadələrindən sonra şübhəlilər arasına düşüb. Həbsdə olan Korkmaz Çolak qardaşlarının da bu əməllərdə əli olduğunu vurğulayıb.
Qeyd edək ki, adı çirkin əməllərdə hallanan 46 nəfərdən 34-ü artıq həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR