Bank Of Baku

Tiflisdə «Qafqaz» kuboku uğrunda mini-futbol yarışları başlayıb

Tiflisdə «Qafqaz» kuboku uğrunda mini-futbol yarışları başlayıb
# 21 may 2010 23:07 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Mayın 21-də Gürcüstan paytaxtında mini futbol üzrə yarışa qatılan gənc soydaşlarımız ilk uğur əldə ediblər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Azərbaycanlılarının Konqresindən (GAK) bildirilib. GAK-dan verilən xəbərə görə, «Qarayazı» futbol komandası «Qafqaz» kuboku uğrunda I çempionatda ilk görüşdə abxaz gənclərinin futbol komandası ilə meydana çıxıb. Nəticə «Qarayazı»nın xeyrinə olub: 6:4. İkinci oyunda da soydaşlarımızın komandası daha bir qələbəyə imza atıb. Bu dəfə onlar meydanda gürcü futbolçuları ilə qarşılaşıblar. Oyun «Qarayazı»nın xeyrinə bitib: 11:1 . Beləliklə, “Qarayazı yarımfinala vəsiqə qazanıb.

Xatırladaq ki, soydaşlarımızdan ibarət “Qarayazı” komandasının məşqçisi Tural Məmmədovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR