Bank Of Baku

Bu gün futbol üzrə Avropa Çempionlar Liqasının finalıdır

Bu gün futbol üzrə Avropa Çempionlar Liqasının finalıdır
# 22 may 2010 10:08 (UTC +04:00)
Bakı-APA. Bu axşam Bakı vaxtı ilə 23.45-də Madridin “Santyaqo Bernabeu” stadionunda 2009/2010 Avropa Çempionlar Liqasının final oyunu keçirikləcək. APA-nın məlumatına görə, Çempiomlar Liqasının final matçında qalib adı uğrunda Almaniyanın “Bavariya” və İtaliyanın “İnter” klubları mübarizə aparacaqlar. Final matçını idarə etmək ingilis hakim Hovard Ueebə etibar olunub. Oyunu idarə etməkdə əsas hakimə Maykl Mullarkey və Darren Kann kömək edəcək. Cənubi Afrika Respublikasında keçiriləcək dünya çempionatının final matçını idarə etmək də bu üçlüyə həvalə olunub.

“Santyaqo Bernabeu”da oynanacaq final matçında “İnter”in braziliyalı oyunçusu Tyaqo Motta və “Bavariya”nın fransız ulduzu Frank Riberi cəzalı olduqlarına görə forma geyməyəcəklər. “Bavariya”nın bu həlledici görüşdə əsas qol silahı Çempional Liqası matçlarında 7 qol vurmuş İviça Oliçdir. Çempionlar Liqasında alman klubunun heyətində 4 qola imza atmış Ariel Robben də komandanın əsas qol silahlarından sayılır. “İnter”in heyətində isə ən çox qol vuran oyunçu Dieqo Militodur. Milito bu il Çempionlar Liqasında 4 qola imza ataraq, Uesli Sneyder (3 qol), Samuel Eto (2 qol) və Deyan Stankoviç (2 qol) kimi komanda yoldaşlarını geridə qoyub. İtalyanların bu mövsüm oynadığı 12 ÇL maçında yalnız kapitam Xavyer Zanetti və qapıçı Xulio Sezar bütün oyunlarda 90 dəqiqə meydanda olublar.

Komandaların meydana aşağıdakı heyətlə çıxacağı ehtimal olunur:

“Bavariya” – Rensinq, van Buyten, Demiçelis, Lamm, Kontento, Pranjiç, Altıntop, Robben, van Bommel, Şvaynştaynqer, Oliç.

“İnter” – Sezar, Zanetti, Lusio, Samuel, Kivu, Maykon, Stankoviç, Sneyder, Kambyasso, Eto, Milito.

Xatırladaq ki, “Bavariya”nın baş məşqçisi Luis van Qall 1995-ci ildə “Ayaks”la birlikdə Çempionlar Liqasının qalibi olmağı bacarıb. Joze Mourinyo isə 2004-cü ildə “Porto” ilə bu kuboku başı üzərinə qaldırıb. Hamit Altnıtopun isə bu gün Çempionlar Liqasının finaında oynamış ikinci türk futbolçu kimi tarixə düşmək şansı var. Bu mötəbər yarışın finalında oynayan ilk türk futbolçu Yıldıray Baştürk olub. O, “Bayer” klubunun forması ilə 2000/2001 Çempionlar Liqasının finalında Madrini “Real” klubuna qarşı oynayıb. “Bavariya” bu gün qalib gəlsə, Hamit Altıntop Çempionlar Liqasının qalibi olmuş ilk türk futbolçu kimi tarixə düşəcək.

“Bavariya” və “İnter” buna qədər Avropa kuboklarında 4 dəfə üz-üzə gəliblər. Bu matçlardan 2-də “Bavariya”, 1-də “İnter” qalib gəlib, bir oyun isə heç-heçə başa çatıb. İndiyədək “Bavariya” 7, “İnter” isə 4 dəfə Çempionlar Liqasının finalında oynayıb. “Bavariya” 4, “İnter” isə iki dəfə bu möhtəşəm yarışın əsas mükafatını evə aparmağı bacarıb. Maraqlı bir məqam “İnter”in bu uğura sonuncu dəfə 45 il əvvəl imza atmasıdır. Almanlar isə bu uğura sonuncu dəfə 9 il əvvəl imza atıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR