Bank Of Baku

Azərbaycan - Honduras qarşılaşması canlı yayımda!

Azərbaycan - Honduras qarşılaşması canlı yayımda!
# 25 may 2010 10:13 (UTC +04:00)
Bakı-APA. Azərbaycan milli komandasının Honduras yığması ilə yoldaşlıq görüşü canlı yayımlanacaq.

Apasport.az saytının məlumatına görə, iyunun 2-də Bakı vaxtilə saat 21:30-da Avstriyada keçiriləcək oyun “Azercell”in sponsorluğu ilə ANS telekanalında göstəriləcək.

Milli komandamız DÇ-2010-un iştirakçısına qədər Avstriyada martın 26-da Moldova, bundan 3 gün sonra Makedoniya yığması ilə yoldaşlıq görüşü keçirəcək. Bu oyunların da canlı yayımı milli komandamızın əsas sponsorlarından olan “Azercell”in maddi dəstəyi sayəsində təşkil olunacaq. Belə ki, Moldova ilə oyunu ANS, Makedoniya ilə görüşü “Xəzər” telekanalı canlı yayımlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR